Almaniyada Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin 5-ci elmi tədbiri keçirildi

Almaniyada Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin (almanca: VASW e.V.) 5-ci elmi tədbiri Köln universitetində baş tutdu. Bu dəfəki elmi tədbir adı çəkilən universitetin nəzdində fəaliyyət göstərən Azərbaycanlı tələbələrin KASPİ təşkilatı ilə birgə təşkil olundu. Mövzular tibb, media, hüquq, eləcə də, energetika və təbii ehtiyatlarla bağlı sahələri əhatə edirdi. Çıxışçılar arasında Almaniyanın müxtəlif universitetlərində təhsilini davam etdirən tələbə və elmi işçilərlə yanaşı, Almaniyada tibb üzrə 2 dəfə doktor dərəcəsi almış, eyni zamanda Yaşıllar partiyasından deputat olan Rahim Şmidt də vardı.

Hər il keçirdiyi tədbirlərdə təşkilatın daha geniş kütləyə xitab etmək üçün maraqlı əlavə və dəyişikliklər edilir. Əsas məqsəd isə diaspora fəaliyyətini gücləndirməkdir ki, bunun da ən vacib şərtlərindən biri Azərbaycanlı gənclərin daha yaxşı təhsil və təcrübə imkanı qazanmalarıdır. Bu məqsədlə idarə heyəti hal-hazırda təşkilatın prioritet layihəsi kimi “MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ adına təqaüd proqramı”nı həyata keçirməyə çalışır. Layihənin həyata keçirilməsi üçün artıq bir neçə aydır ki, ianə toplanmasına başlanılıb. Lakin yığılan məbləğ proqramın həyata keçirilməsinə kifayət etmir. Odur ki, Almaniyada, Türkiyə və Rusiyada, eləcə də, Avropanın və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycanlı biznesmenlərin, imkanlı şəxslərin təqaüd proramının reallaşması üçün ianə vermələri xahiş olunur. Təqaüd proqramı çərçivəsində il ərzində Azərbaycandan olan 2 və ya 4 imkansız gəncin Almaniyada pulsuz təcrübə keçməsi nəzərdə tutulur. Almaniyada rəsmi qeydiyyatdan keçmiş ATEİB (almanca: VASW e.V) maliyyə vəsaitinin toplanması və xərclənməsində şəffaflığa tam təminat verir.
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ adına təqaüd proqramı”nın reallaşması üçün maddi kömək etmək istəyənlər ianələrini təşkilatın bank hesabına müvafiq qaydada köçürə bilərlər: Tədbirlərimizi bir çox məşhur saytlar işıqlandırmışdır.

http://www.moderator.az/news/158006.html

Bank: Deutsche Bank
IBAN: DE74 8707 0024 0221 2033 00
SWIFT (BIC): DEUTDEDBCHE
Hesab sahibi: VASW e.V.
Köçürmə məqsədi: MER Stipendienprogramm

Suallarınız və bilmək istədiyiniz məsələlər barədə təşkilatın idarə heyətinə Facebook və ya E-Mail vasitəsilə müraciət edə bilərsiniz.
www.vasw.de
info@vasw.de
https://www.facebook.com/vasw.de
Qeyd edək ki, ATEİB (red. almanca VASW) Azərbaycanlıların Almaniyada rəsmi qeydiyyatdan keçmiş ən böyük qeyri-hökumət təşkilatıdır və yalnız üzvlərinin ianələri hesabına fəaliyyətini davam etdirir. 2017-ci ilin iyununda təşkilatın 10 illik yubiley tədbiri keçiriləcəkdir. Təşkilat növbəti ildə “MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ adına təqaüd proqramı” ilə yanaşı, tərcüməsi başa çatmaq üzrə olan tibbi kitabı Azərbaycan dilində çap etdirməyi planlaşdırır.