Fraybergdə “Almaniya və Azərbaycanın Hüquq, İqtisadiyyat və Tibb sahələrində müqayisəli təhlili“ adlı elmi tədbir keçirilib

DSCF4500

2015-ci ilin oktyabr ayının 31-də Almaniyanın Frayberg şəhərində Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin (ATEİB) (www.vasw.de) sayca dördüncü olan “Almaniya və Azərbaycanın Hüquq, Iqtisadiyyat və Tibb sahələrində müqayisəli təhlili“ adlı növbəti elmi tədbiri keçirilib.
Almaniyanın müxtəlif əyalətlərindən tələbə, elmi işçi və iş sahiblərinin qatıldığı tədbiri açan cəmiyyətin sədri, hüquqşünas Urfan Hacıyev qonaqları səmimi qəlbdən salamlamışdır. İştirakçılara cəmiyyətin yaranması və məqsədi haqqında qısa məlumat verildikdən sonra söz alan Almaniyanın Frayberg Texniki Universitetinin „Maşınqayırma, istehsal texnologiyası və energetika“ fakültəsinin kafedra müdürü Professor Bertram Hentschel Frayberg Texniki Universitetinin tarixi, fakültələri ve Avropanın digər universitetləri ilə əlaqələri haqqında tədbir istirakçılarına məlumat vermişdir. Bundan əlavə tədbir aşağıdakı digər maraqlı mühazirələr ilə davam etmişdir:
„Türkiyə və Iranın Qarabağ münaqişəsindəki rolu“, „Sürətli alətlərin problemi və həll üsulları“, Insultların müasir yolla müalicəsi ve profilaktikası“, „Mediya ve Demokratiya“, „Avropada qaçqın problemi ve Almaniyada real siyasət“ „Sağlam südəmərlərin qidalanması ve Tibbi Alman Uşaq və Yeniyetmələri Cəmiyyətinin tövsiyyləri“ və sş mövzularda məruzələr dinlənilib.
Elmi tədbirdən sonra tədbir mühazirəçilərinə sertifikatlar təqdim edilmiş və xatirə şəkilləri çəkilmişdir.