Almaniyada Bank Hesabı!!!


Almaniyada bank hesabı açdırmaq və bu hesaba müəyyən məbləğdə pul qoymaq alman səfirliyində viza almaq üçün əsas şərtlərdən biridir. Amma alman banklarında tətbiq olunan ümumi qaydalara görə hesab açdıran şəxs özü banka gəlməlidir. Bu problemi aradan qaldırmaq üçün Deutsche Bank alman sefirlikləri ilə əməkdaşlığa başlamışdır. Belə ki, Deutsche Bank hesab açdırmaq istəyən tələbələrin şəxsən iştirak etmədən də hesab açdırmasına imkan yaratmışdır. Amma bu istisna hal Deutsche Bank-ın yalnız Hamburq filialında mümkündür.
Həmin filialda bu məsələlər üzrə səlahiyyətli şəxs cənab Heinz-Jürgen Lübbedir. Yəni hesab açdırmaq üçün Db.Student@db.com adresinə email yaza və tələbə hesabı açdırmaq üçün lazım olan anket və ümumi məlumatları sizə göndərmələrini xahiş edə bilərsiniz. Emailinizə cavab olaraq sizə həm alman, həm də ingilis dilində anket və məlumatlar göndəriləcək. Göndərilən məlumatlarda hesab açdırmaq üçün görəcəyiniz bütün işlər iki dildə ətraflı izah edilir.
Anket və məlumatı ehtyac olarsa, biz də sizə göndərə bilərik. Bunun üçün info@vasw.de ünvanına e-mail yazmanız kifayətdir. Ancaq mümkün prosedur yeniliklərini nəzərə alaraq (bu yeniliklər əsasən yatırılacaq pulun məbləğində özünü göstərir), sənədlərin aktual variantını birbaşa bankdan (yuxaridakı email adresi vasitəsilə) tələb etməyiniz tövsiyə edilir. Xüsusi olaraq sizin situasiyanızla bağlı sual ortaya cıxarsa, birbaşa cənab Lübbe ilə telefon, email yaxud faks vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Cənab Lübbenin əlaqə məlumatları:

Herr Heinz-Jürgen Lübbe
Deutsche Bank
Private & Business Clients
Service Center PBC Hamburg
IFC-Service (ausländische Studenten)

Großer Burstah 18-30
20457 Hamburg
Tel.: +49 (040) 3701 5146
Fax.+49 (040) 3701 3242
E-Mail: heinz-juergen.luebbe@db.com

Sizi maraqlandıran başqa suallarınız olarsa, məmnuniyyətlə kömək edə bilərik. Sizə bütün işlərinizdə uğurlar arzulayırıq!

Hörmətlə,
sizin ATEİB