Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi

Berlin 30.01.2011

Berlin 30.01.2011


Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi (ATEİB) 31 yanvar, Məmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə tədbir təşkil edəcək.

Yanvarın 30-da keçiriləcək tədbirdə onun və Azərbaycan Milli Komitəsinin Berlində fəaliyyət göstərdiyi ünvanları ziyarət ediləcək. Bura M.Ə.Rəsulzadənin yaşadığı ərazi, 1943-cü ilin noyabrında Azərbaycan Milli Qurultayının keçirildiyi "Kayzerhof" hotelinin yerləşdiyi sahə və eyni zamanda dərc olunan "Azərbaycan" dərgisinin redaksiyasının yerləşdiyi ünvan daxildir.

Təşkilatçılar qeyd edir ki, marağı olanlar yanvarın 30-da saat 13:30-da Berlində, Brandenburq qapısının yanına gələ bilərlər. Ekskursiyaya Dr. Qurban Ələkbərov rəhbərlik edəcək.