VASW e. V. Vereinigung Aserbaidschanischer Studierender und Wissenschaftler
Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi (ATEİB) 5-ci il dönümünü qeyd etdi
VASW e.V. Almaniyada oxuyan və işləyən azərbaycanlılar bu birliyin varlıgından xəbərdardır.
Bu həftə sonu 60 üzvü olan birliyin yaradılmasının 5-ci il dönümü qeyd etmək üçün birlik üzvləri və qonaqlar Almaniyanın Goslar
şəhərind? toplaşıb.
3 günlük proqramda həm bu illər ərzində görülmüş işlərin müzakirəsi, hesabatlar, həm də əyləncə
öz əksini tapıb.
Bu dəfəki toplantıda üzvlərin açıq səsverməsi ilə yeni idarə heyəti də seçildi.
VASW ailəsi növbəti illər üçün nəzərdə tutduqları daha böyük işlərlə baglı qısa məlumat verdi.
?lbəttə bunlar bir birlik və ya təşkilat haqqında deyilən standard sözlərdir.
Mən isə bu birliyin əsas mahiyyətini açmaq istəyirəm. ?vvəla onu qeyd etmək yerinə düşər ki,
ATEIB siyasi təşkilat deyil və nizamnaməsində belə bir bənd yoxdur.
Birliyin əsas məqsədi Almaniyadakı tələbə, məzun və elmi işçilər arasında əlaqə yaratmaq,
yeni gələnlərin cəmiyyətə inteqrasiyasına kömək etməkdir.
Birliyin işi bununla bitmir. Almaniyanin müxtəlif şəhərlərində Azərbaycan günləri keçirilir.
Bu tədbirlərə alman professorlar, şərqşünaslar dəvət olunur,
eləcə də Almaniyada yaşayan azərbaycanlılara hüquqi və ehtiyacları olan digər məlumatların verilməsi
üçün mühazirələr,
təqdimatlar hazırlanır. Bu da təbii ki, tələbə, məzun və elm adamları arasinda yaxşı əlaqələrin
qurulmasında mühüm rol oynayir.
Birliyin 5-ci il dönümünə dəvət olunan Almaniyada şərqşünaslıq üzrə Professor Dr. Volker Adam Azərbaycan türkcəsində
səlis danışıgı ilə gələnlərdə xüsusilə xoş
təəssürat və səmimi ab-hava yaradır.
Birliyin bu 5 ildə gördüyü ən böyük işlərdən biri Düdənginskinin Neu-Ulm şəhərində məzarının bərpa edilməsidir.
Bunun üçün tələb olunan külli miqdarda vəsait isə könüllü azərbaycanlıların verdiyi ianələr hesabına yıgılıb.
Söhbət maliyyədən düşmüşkən, ATEIB-in idarə heyəti 5 illik hesabatinda müstəqil olduqlarini bir daha vurguladi.
Bunu, istər alman, istərsə də Azərbaycanın hökumət və ya hökumətə baglı qurumlardan maliyyə
almamaqla izah etdilər.
ATEIB öz maliyyə xərclərini üzvlərinin və könüllülərin verdiyi ianələrlə ödəyir.
Birliyin yeni idarə heyəti də bundan sonra nizamnamələrinə uygun olaraq bu müsbət ənənəni saxlayacaqlarını bildirdi.
Amal isə müstəqil fəaliyyət göstərə bilməkdir.
ATEİB
M?TBUAT XIDM?TI