Məqsədləri



ATEIB Almaniyada təhsil alan və elmi işlə məşğul olan Azərbaycanlılar tərəfindən təsis edilmiş demokratik və sərbəst fəaliyyət göstərən, elmi və mədəni tədbirlərlə məşğul olan bir birlikdir. Birlik xüsusilə aşağıdakı məsələlərlə məşğuldur:

- Azərbaycanli tələbələr və elmi işçilər arasında mədəni əlaqələrin görüslər və internet üzərindən genishləndirilməsi;

- Azərbaycanlı tələbə və elmi işçilərin alman cəmiyyətinə inteqrasiyasına yardım;

- Eyni məgsədi özündə əks etdirən demokratik təşkilatlarla işbirliyi;

- Almaniyada yaşayan azərbaycanlıların Alman mədəniyyəti və cəmiyyəti və ilə yaxından tanışlığına çalışmaq;

- Xalqlar arasında anlaşmanı əldə etmək üçün Azərbaycan mədəniyyətinin Almaniyada təbliği və təqdimati;

- Alman və Azərbaycan universitetləri arasında bilik mübadiləsinə kömək etmək;

- Hər iki ölkə universitetləri arasinda yeni əlaqələrin qurulmasi və onlar arasındakı mövcud əlaqələrin daha da gücləndirilməsi.