• Seymur - Ibrahimov

    Sədr

    Ibrahimov Seymur 1984 cü ildə Bərdə rayonunda anadan olmuşdur. 2000-2003-cü illərdə Azərbaycan Memarlıq və Inşaat Universitetinin Sənaye və Mülki Tikinti fakultəsində bakalavr pilləsinde təhsil almış və 2003-cü ildə Almaniyaya gəlmişdir. 1 illik Alman dili kurslarını bitirdikdən sonra, 2004 - 2012-ci illərdə "TU Bergakademie Freiberg" -in Geotechnik und Bergbau fakultəsində "Qazma qurğular ve qaz hasilatı" ixtisasi üzrə təhsil almıb. 2014-cü ildən BLM GmbH-da "quyuların geofiziki yoxlanması" üzrə mühəndis işləyir. Almaniyada yaşadığı müddətdə diaspora fəalliyyəti ilə bağlı çoxlarla tədbir və konfranslarda iştirak edib. 2007-ci ildə VASW e. V. təşkilatının yaranmasında təsisçilərindən biridir. 2009-2014-cü illərdə təşkilatımızın idare heyətində (İH) maliye işləri uzre kordinatorluq vəzifəsində fəaliyyət göstərmişəm. Hal hazırda cəmiyyətin sədri olaraq fəaliyyət göstərir.

  • Qurban - Məmmədov

    Sədr müavini

     Məmmədov Qurban 1995 – ci il sentyabrın 16 – da Bakı şəhərində anadan olub. 2013 – cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) Neft – mexanika fakültəsinin “Texnoloji maşın və avadanlıqlar” ixtisasına daxil olmuş, 2017 – ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Universitetdə təhsil aldığı müddətdə BP şirkətinin “BP Bursary” (2014), Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Yay məktəbi” təqaüdü (2016), Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünü (2016) və DAAD – nın “Master” təhsili üçün təqaüdünü (2017) qazanmışdır. 2013 – cü ilin iyul ayında ARDNŞ – nın “Bibiheybət NQÇİ” – də təcrübə keçmişəm. 2015 – 2017 – ci illərdə ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin “mədəni – kütləvi” komissiyasının sədri və Fakültə THİK – nin sədri kimi fəaliyyət göstərmişdir. 2016 – 2017 – ci illərdə ADNSU – nun Neft – mexanika fakültəsinin Elmi Şurasının üzvü olub.  2017 – ci ilin oktyabr ayından təhsilini Almaniyanın Brandenburq Texniki Universitetinin Maşınqayırma, Elektrotexnika və Enerji sistemləri fakültəsinin “Mexanika mühəndisliyi” ixtisasının master pilləsində davam etdirməkdədir. 2018 – ci ilin yanvar ayından BTU – nun Maşınqayırma, Elektrotexnika və Enerji sistemləri fakültəsi Tələbə Şurasının sədri kimi fəaliyyət göstərir. Hal Hazırda cəmiyyətin sədr müavini vəzifəsində çalışır.

  • Orxan - Əliyadə

    Mədəniyyət, Kütləvi tədbirlər və Mətbuat üzrə Koordinator

     Orxan Əli-zadə 1994-cü ildə Tbilisi şəhərində anadan olub. Freiberg şəhərində Gimnaziyanı bitirdikdən sonra 2013-cü ildə Leipzig Universitetində "Amerikaşünaslıq" ixtisası üzrə təhsilə başlamışdır. Orada bakalavr pilləsi üzrə təhsil aldığı dövrdə Universitet radisosu "Mephisto 97.6" və tələbə qəzetində bədii-siyasi mövzularda yazılarla çıxış etmişdir. Bir neçə hekayəsi radioda səsli yayımlanıb. 2017-ci ildən Berlin Frei Universitetində magistr pilləsində "Şimali Amerika tədqiqatları" ixtisası üzrə təhsilimi davam etdirirəm.  Hal hazırda mədəni və sosial əlaqələr üzrə koordinator vəzifəsində çalışır.

  • -

    İctimai Əməkdaşlıq

  • Ənvər - Məmmədli

    İnformatika və Media üzrə Koordinator

    Ənvər Məmmədli 1996 cı ildə Şəki şəhərində anadan olmub. 2013 cü ildə Dağ-mədən ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənayə Universitetinə daxil olmuşdur. 2017-ci ildə ilk olaraq beynəlxalq konfrans olan "TEDx"-i, daha sonra isə ideya müəllifi olduğum "From Zero To Ceo" konfransını rəhbəri olduğu tələbələrdən ibarət komandasıyla həyata keçirmişdir. 2017 ci ildə Albaniyada həyata keçirilən AIESEC programında könüllü olaraq fəaliyyət göstərmişdir. 2017 ci ildən bəri Almaniyanın Freiberg Texniki Universitetində magistr dərəcəsi üzrə təhsil almaqdadır. Hal hazırda media və informasiya texnologiyaları üzrə koordinator vəzifəsində çalışır.

  • Teymur - İbrahimov

    Maliyyə işləri üzrə Koordinator

    Freiberg Universiteti

  • Ayşən - Əsədova

    Beynəlxalq Əlaqələr üzrə Koordinator

    Ayşən Əsədova 1988 ci ildə Sabirabad şəhərinda anadan olub. 2012 ci ildə, Kiel Universitetinin maşınqayırma fakultəsinə daxil olmuşdur. Hal hazirda həmin universitetdə Enerji və ətraf mühitin idarə olunması ixtisası üzrə təhsilini davam etdirir. 2007 ci ildə Federal Polis təşkilatında tərcüməçi kimi işləyib. 2018 ci il may ayından etibarən cəmiyyətin, xarici əlageler üzre kordinatoru vəzifəsində fəaliyyət göstərir.