M.Ə.Rəsulzadə layihəsi

iz həmvətənlər!
Almaniyada Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi (VASW e.V.) olaraq „MƏMMƏD ƏMİN RƏSULZADƏ ADINA TƏQAÜD PROQRAMI“ təsis etməyi planlaşdırırıq. Təqaüd proqramı Almaniyada təcrübə keçmək istəyən gənclərimiz üçün nəzərdə tutulub. Lakin təşkilatımız üzvlərin aylıq ödənişi hesabına maliyyələşdiyindən büdcəsi bu layihəni reallaşdırmaq üçün kifayət qədər böyük deyil. Odur ki, gənclərimizə dəstək olmaq məqsədimizi reallaşdırmaq üçün imkanlı həmvətənlərimizin maddi köməyinə – ianələrinə ehtiyacımız var. Təşkilat olaraq ianələrin köçürülməsi və eləcə də xərclənməsi barədə tam şəffaflıq olacağına təminat veririk. Bundan başqa, ianə ödəyən şəxslərə bu barədə sənəd veriləcək ki, onlar vergi bəyannaməsində bunu əlavə xərc kimi göstərə və güzəşt əldə edə bilsinlər.
„MƏMMƏD ƏMİN RƏSULZADƏ ADINA TƏQAÜD PROQRAMI“nın reallaşması üçün maddi kömək etmək istəyənlər ianələrini aşağıdakı bank hesabına müvafiq qaydada köçürə bilərlər.
Bank
İBAN: DE74870700240221203300

İanələrin toplanması və gedişat barədə Facebook səhifəmizdə və saytımızda vaxtaşırı məlumat yerləşdirəcəyik. Bundan başqa, qeyd edək ki, proqram baş tutmadığı təqdirdə pulunuzun geri qaytarılacağına əmin ola bilərsiniz. Suallarınız və bilmək istədiyiniz məsələlər barədə bizə müraciət edə bilərsiniz.
www.vasw.de
Info@vasw.de
https://www.facebook.com/vasw.de/?fref=ts
Müraciətlərinizi qəbul etməyə çox şad olarıq.

Hörmətlə,
VASW İdarə heyəti