VASW - ın 10 illik yubileyi

Hörmətli xanımlar və cənablar,
əziz üzvlərimiz,
əvvəlcə, hər birinizə VASW İdarə Heyəti (İH) adından bu ilin may ayında Montabaur şəhərində baş tutmuş illik görüşümüzdə fəal iştirakınıza görə sonsuz təşəkkürümüzü bildiririk. Bir daha əmin olduq ki, gündən günə böyüyən VASW ailəsi sadiqlik, uzunömürlülük və azərbaycançılıq təməl prinsiplərini əlində daim bayraq kimi tutacaqdır. Sevindirici hal ondan ibarətdir ki, hər dəfə illik görüşümüzdən sonra böyük həvəs və səbirsizliklə yeni görüşlərin anonsunu və tarixini gözləyirik. VASW ailəsi öz 10 yaşını yüksək və özünəməxsus bir şəkildə keçirmək arzusu ilə bütün ideya və təkliflərin müzakirələrini əsas mövzu olaraq diqqətdə saxlayır. VASW-ın təntənəli 10 illik yubileyinin daha maraqlı və yaddaqalan keçirilməsi üçün İH olaraq sizlərin də təklif və rəylərinizi bilmək maraqlı olardı. Beləliklə, VASW-nin növbəti, 10-cu, illik görüşünün hansı şəhərdə keçirilməsi və eləcə də təşkilatı və digər önəmli məsələləri sizlərin müzakirəsinə çıxarırıq.
Növbəti, 10-cu illik yubiley görüşümüzlə bağlı bəzi məlumatlar:
1. Görüş tarixi: 02-05 iyun 2017-ci il (05.06.2017 bayram günüdür);
2. Yer: Thüringen və ya Hessen federal torpaqlarında, Erfurt, Fulda və ya Kassel şəhəri üzərində düşünülür;
3. Təsisat: 100 yerlik Hostel / Jugendherberge.
Təklif və rəyləriniz bizim üçün önəmlidir. Təkliflərinizi info@vasw.de Email ünvanımıza yazaraq bizə ünvanlaya bilərsiniz.
Bu yubiley günümüzdə sizləri öz yanımızda, cəmiyyətimizin ətrafında görmək bizi qürurlandırmaqla bərabər çox sevindirərdi.

Hörmətlə,
sizin
VASW İdarə Heyəti